11 yaşlı qızını Adnan Oktarla evləndirmək istəyən ana: "Porsche", "Ferrari" sürəcəksən"
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə “Harun Yəhya” ləqəbi ilə tanınan, təcavüz, fırıldaqçılıq və başqa cinayətlərdə ittiham olunan Adnan Oktarla bağlı yeni iddia irəli sürülüb.
BAKU.WS xəbər verir ki, türkiyəli jurnalistlərdən biri səs yazısı ələ keçirib. Həmin qeyddə Türkiyədə yaşayan valideynlərdən birinin 11 yaşlı qızını Adnanla evlənməyə məcbur etməsini əks etdirən səs yazıları yer alıb. Uşağın anası qızına Adnan Oktara ərə gedəcəyi təqdirdə lüks və dəbdəbəli həyat tərzi yaşayacağını deyib:
"Hocamız çox yaraşıqlı və varlıdır, nə olsun ki, yaşlıdır, amma o, kraldır. Ona ərə getsən, "Porsche", "Ferrari" sürəcəksən. Boğazda evin olacaq. İndi yaşın azdır. Böyüyəndə məni daha yaxşı başa düşəcəksən. Kaş mənim evimdə xadimə çalışardı: yeməyimi bişirərdi, paltarlarımı yuyardı".
Sözügedən qızın 4 yaşı olanda İran əsilli atası anası ilə boşanıb. Bundan sonra ana İsveçrəyə köçüb. O, orada yenidən evlənib.
Xatırladaq ki, Adnan Oktara qarşı 2018-ci ildə İstanbul Baş Prokurorluğu tərəfindən əməliyyat təşkil olunub. Əməliyyat zamanı Adnan Oktar da daxil olmaqla 175 nəfər həbs edilib. Ona 1075 il həbs cəzası verilib.
Adnana cinayət törətmək məqsədilə təşkilat qurması, uşaqların cinsi istismarı, cinsi təcavüz, yetkinlik yaşına çatmayanlarla cinsi əlaqə, uşaqların qaçırılması və saxlanılması, şantaj, siyasi və hərbi casusluq, dini inanc və duyğuların istismarı kimi 30 ayrı maddə üzrə cinayət işi açılmışdı.
Oxşar xəbərlər
Bakıda uşaqları diləndirən, qul kimi işlədən qardaşların dilənçilik biznesi...
Azyaşlını məcburi əməyə cəlb etməkdə ittiham olunan 31 yaşlı Gəncə şəhər sakini Razim İmamverdiyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Cinayət işi b...