11 illik bazadan kolleclərin boş qalan yerlərinə ixtisas seçimi aparılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 11-ci nömrəsini nəşr edib.
BAKU.WS trend-ə istinadən xəbər verir ki, DİM-in məlumatına əsasən, jurnalın bu nömrəsində 2023/2024-cü tədris ili üçün Azərbaycan Respublikasının tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, qəbul aparılan ixtisasların siyahısı, plan yerləri haqqında məlumatlar Azərbaycan və rus dillərində dərc olunub.
Qeyd edək ki, ixtisas seçimi 2023-cü il sentyabrın 29-dan oktyabrın 2-dək internet vasitəsilə aparılacaq.
Oxşar xəbərlər
Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb
Dövlət İmtahan Mərkəzi Azərbaycanın ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elan edib. BAKU.WS xəbər verir ki, i...