Şamaxı-Muğanlı-İsmayıllı yolunda avtomobillərin hərəkəti iflic oldu - FOTO

Güclü qar nəticəsində səhər saatlarından Şamaxı-Muğanlı-İsmayıllı yolu bağlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə “oxu.az”ın redaksiyasına daxil olan məlumatda qeyd olunub.
Vətəndaşlar bildirir ki, yolun buz bağlaması səbəbi ilə xeyli sayda avtomobil yolda qalıb:
“Artıq iki gündür Şamaxı, İsmayıllı rayonlarına yağan qar yollarda nəqliyyatın hərəkətini iflic edib. Xüsusilə də İsmayıllı-Muğanlı yolunda yağan güclü qar sürücülərə ciddi problemlər yaradıb. Səhər saatlarından şaxtalı hava səbəbindən yolun bir hissəsi bağlanıb.
Enişli-yoxuşlu yollarda 100-ə yaxın sürücü maşınını əlacsız olaraq yolda qoyub və piyada gedib. Bəzi nəqliyyat vasitələri isə sürüşərək yoldan kənara çıxıb”.
Redaksiyamıza göndərilən fotoları təqdim edirik:
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda buz bağlayan əsas magistral yollarda son vəziyyət
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarının hazırkı vəziyyəti barədə məlumat...
