SİZİN REKLAM BURADA!
055 213 76 73


5 yanvar tarixində BAKU.WS-in fəaliyyətə başlamasından 17 il ötür!

Bu 17 il ərzində BAKU.WS daim böyüyərək inkişaf edib və oxucu auditoriyasını genişləndirib. Xəbər portalımızda dünyanın müxtəlif guşələrində, həmçinin Azərbaycanda baş verən ən son xəbərlər, hadisələr, analitik yazılar, bu və ya digər aktual məsələlərə aid cəmiyyətdə söz sahibi olan şəxslərin açıqlamaları yer alır.

Daim eksklüziv xəbərlərlə oxucuların rəğbətini və etimadını qazanan BAKU.WS qısa zamanda Azərbaycan seqmentində etibarlı KİV resurslarından birinə çevrilərək bu statusunu bu günədək qoruyub saxlayır.
Sözsüz ki, fəaliyyətə başladığımız gündən bu günədək ən məsuliyyətli dövrümüz Qarabağın erməni işğalından azad edilməsi ilə nəticələnən Vətən müharibəsi günlərinə təsadüf edib. 44 günlük savaş dövründə ordumuzun cəbhədə apardığı qalibiyyət savaşına biz də arxa cəbhədə dəstək vermişik.

BAKU.WS cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xalqın dəmir yumruq kimi birləşdiyi günlərdə informasiya müharibəsinin ən önəmli ünvanlarından olub. Ali Baş Komandanın dünyanın aparıcı KİV-lərinə müsahibələri, Azərbaycanın haqq işini yüksək ustalıqla dünya ictimaiyyətinə çatdırması Vətən müharibəsi günlərinin ən yaddaqalan epizodlarından olub.

BAKU.WS cəbhə bölgəsindən ən son xəbərləri çatdıraraq, eləcə də BAKU.TV-nin cəbhəyə ezam olunmuş müxbirlərinin qaynar reportajlarını yayımlamaqla informasiya müharibəsində önəmli Azərbaycan KİV-i olduğunu bir daha sübut etdi. Vətən müharibəsi günlərində informasiya savaşında rol aldığımız üçün və tarixi qələbəmizdə bizim də əməyimizin olduğu üçün çox qürurluyuq. Bu şanlı qələbə münasibəti ilə xalqımızı ürəkdən təbrik edirik!

Bu gün BAKU.WS-in sosial şəbəkələrdə izləyicilərinin sayı 1 milyon 200 mini ötüb. Milyonlarla oxucumuz ən qaynar xəbərləri birbaşa saytımızdan izləməklə yanaşı sosial şəbəkələrdəki hesablarımızdakı paylaşımlarımızdan da əldə edə bilirlər.
Bizi seçən oxucularımızın etimadını doğrultmaq üçün BAKU.WS komandası olaraq bundan sonra da daha səylə çalışmağa davam edəcəyik.

17 il ərzində bizi seçən hər bir oxucumuza ayrı-ayrılıqda təşəkkür edirik!

Hörmətlə, BAKU.WS komandası!

Bizi İnstagramFacebook-dan da izləyə bilərsiniz!

BAKU.WS