SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Dünya Təbii Sərvətləri İnstitutu alimlərinin araşdırmalarına görə, 2040-cı ildə dünyanın bir sıra ölkələrində içməli su tükənəcək.


BAKU.WS-in məlumatına görə, alimlərin 167 ölkə ərazisində apardıqları elmi araşdırmalar nəticəsində məlum olub ki, 20 il ərzində 33 dövlətin içməli suyu tükənəcək. Aparılan araşdırmalara görə, ən tez su ehtiyatı tükənən dövlət Bəhreyn olacaq.

İçməli su ehtiyatının azlığına görə, Azərbaycan dünya ölkələri arasında 18-ci yeri tutur. Qonşu Türkiyə isə su ehtiyatının azlığına görə 27-ci yerdədir.

Alimlər açıqlamalarında bildiriblər ki, 2040-cı ildən sonra qeyd edilən 33 ölkədə içməli su azalacaq və illər keçdikcə həmin ərazilərdə su tamam yox olacaq. Ermənistan bu siyahıda 22-ci, İran isə 13-cü yerdədir.


BAKU.WS içməli su ehtiyatı tökənəcək ölkələrin siyahısını təqdim edir.

1. Bəhreyn

2. Küveyt

3. Qətər

4. San-Marino

5. Sinqapur

6. Birləşmiş Ərəb Əmirlikləri
7. Fələstin
8. İsrail
9. Səudiyyə Ərəbistanı
10. Oman
11. Livan
12. Qırğızıstan
13. İran
14. İordaniya
15. Liviya
16. Yəmən
17.Makedoniya
18. Azərbaycan
19. Mərakeş
20. Qazaxıstan
21. İraq
22. Ermənistan
23. Pakistan
24. Çili
25. Suriya
26. Türkmənistan
27. Türkiyə
28. Yunanıstan
29. Özbəkistan
30. Əlcəzair
31. Əfqanıstan
32. İspaniya
33. Tunis

 

Ziya Səccad
BAKU.WS