SİZİN REKLAM BURADA!
055 213 76 73


Son günlər sosial şəbəkə səhifələrinə Fərdi Məşğulluq Proqramının tərtib edilməsi ilə bağlı mesaj alan vətəndaşlar tərəfindən suallar ünvanlanır.

BAKU.WS məsələyə aydınlıq gətirmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib. 

Bildirilib ki, nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz kimi qeydiyyatdan keçən şəxs üçün fərdi məşğulluq proqramının və onun icrasına dair hesabat formasının həmin şəxsə təqdim edilməsi prosesi elektronlaşdırılıb.

Fərdi Məşğulluq Proqramı haqqında

Fərdi məşğulluq proqramı işsiz şəxsin işə düzəlməsinə kömək məqsədi ilə hazırlanan və aktiv məşğulluq tədbirlərinin konkret həcmini, növünü və icra müddətini müəyyən edən sənəddir. İşsiz şəxsə onunla bağlı fərdi məşğulluq proqramının tərtib edildiyi barədə SMS bildiriş göndərilir və proqram həmin şəxsin işsiz kimi qeydiyyatdan keçərkən “Məşğulluq” altsistemində formalaşan şəxsi kabinetinə yerləşdirilir.

Fərdi Məşğulluq Proqramı ilə bağlı SMS aldıqdan sonra nə etmək lazımdır?

İşsiz şəxs mesaj vasitəsilə göndərilən linkə daxil olaraq onun üçün tərtib olunmuş fərdi məşğulluq proqramını təsdiqləyə və ya ondan imtina edə bilər. Proqram təsdiqləndikdə vətəndaşa növbəti mərhələdə nə etməli olacağı barədə məlumat verilir. Proqramdan imtina etdikdə isə "Məşğulluq haqqında" Qanunun 5.10.4-cü maddəsinə əsasən işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarılır. 5 iş günü müddətində Fərdi Məşğulluq Proqramına münasibət bildirmədikdə isə bu, proqramdan imtina kimi qiymətləndirilir və şəxsin işsiz kimi qeydiyyatı ləğv edilir.

Bu barədə daha ətraflı təqdim olunan videoçarxda tanış ola bilərsiniz:

Orxan Hüseyn
BAKU.WS
QALEREYA