100 illik bina ilə bağlı diqqətçəkən vəziyyət

100 illik bina ilə bağlı diqqətçəkən vəziyyət
Video
Sosial 16

Damı, eyvanı və pilləkənləri qəzalı vəziyyətdə qalan binanın yalnız fasadı təmir olunur.

BAKU.WS "Xəzər TV"yə istinadən xəbər verir ki, söhbət Bakının Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 167 ünvanında yerləşən, yaşı 100-dən çox olan üçmərtəbəli binadan gedir.

Sakinlərin iddiasına görə, söküləcəyi bildirilən binanın fasadında təmir işlərinə başlanılıb.

Əraziyə xidmət göstərən 15 saylı Mənzil Kommunal İstismar Sahəsindən bildirilib ki, aidiyyəti qurumlar tərəfindən sözügedən binanın qəzalı vəziyyətdə olması ilə bağlı rəy verilib və bununla əlaqədar müvafiq qurumlara müraciət olunub.

Qurumdan qeyd edilib ki, hazırda binanın fasad hissəsində şəhərin ümumi estetik görünüşünün qorunması məqsədilə cari təmir işləri aparılır.

Mənzil Kommunal İstismar Sahəsi onu da əlavə edib ki, həmin ünvandakı qəzalı binaların sökülərək yerində yeni yaşayış binalarının tikilməsi nəzərdə tutulur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər