10 mindən çox tibb işçisinə 6 milyon manatdan çox əlavə ödəniş edilib
06
may
2020
17:46
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Mart ayı üçün 9 483 tibb işçisinə əlavə ödənişlər edilib”.
BAKU.WS xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O bildirib ki, əlavə ödəniş edilən qeyri-tibb işçilərinin sayı isə 1043 nəfərdir.
Z.Əliyev sözlərinə əlavə edib ki, əlavə ödənişlərin ümumi həcmi 6 milyon manatdan çox olub.
Oxşar xəbərlər
İcbari Tibbi Sığorta üzrə QİYMƏTLƏR məlum oldu - 5 manat - SİYAHI
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) analitiki Məsumə Talıbova İcbari Tibbi Sığorta üzrə Xidmətlər Zərfinə edilən dəyişiklikləri şə...