10-dan çox ictimai iaşə obyektində qanunvericiliyin pozulması AŞKAR EDİLDİ

10-dan çox ictimai iaşə obyektində qanunvericiliyin pozulması AŞKAR EDİLDİ
Sosial 57

2021-ci il avqustun 18-də ölkə üzrə 401 ictimai iaşə obyektində 675 monitorinq keçirilib.

Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) BAKU.WS-ə verilən məlumata görə, monitorinqlər zamanı 12 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktı aşkar olunub.

Aşkar edilən nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular Bakı şəhəri, Yasamal, Nizami, Nəsimi, Səbail, Xətai rayonlarında və Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ictimai iaşə müəssisələrində aşkar edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər