Zeynəb Həsəni: "Elə ailəli qadınlar var ki, məndən açıq geyinirlər!"
Yeniliklərdən dərhal xəbərdar olun
"Geyimimə fikir verən insanam. Gənc qızam, səhnədəyəm və mən çalışdığım qədər sərhədim var, onu keçmirəm. Çünki mənə mənə tamaşaçılar baxır. Mən onların qarşısına çıxıramsa, onlara da hörmət etməliyəm. Nə olsun ki, mən səhnədəyəm. Mən açıq geyinənlərə də pis baxmıram".
BAKU.WS xəbər verir ki, bu sözləri MTV kanalında verilişə qonaq olan müğənni Zeynəb Həsəni deyib.
O bildirib ki, açıq geyimlərdən istifadə etmədiyi halda sosial şəbəkələrdə ünvanına sərt sözlər yazılır:
"Don geyinib şəkil çəkdirmişəm. Məsələn, ona yazıblar ki, sən niyə belə açıq geyinirsən? Mən neyniyim? Yaydı. Sən nə geyinirsən? Şuba geyinirsən? Yaydı da, mən nə geyinə bilərəm ki? Bunu hamı geyinir".
Sonda isə sənətçi fikirlərini "Elə ailəli qadınlar var ki, məndən də açıq geyinir" cümləsi ilə yekunlaşdırıb.
Ətraflı videoda:
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...