Zerrin Özər yenidən xəstəxanaya yerləşdirildi
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyəli məşhur müğənni Zerrin Özər yenidən xəstəxanaya yerləşdirilib.
BAKU.WS xəbər verir ki, 2023-cü ildə onurğa əməliyyatı keçirən sənətçi son günlər səhhətində yaranan problemlərə görə müalicə alır.
Zerrin Özər sosial şəbəkədə xəstəxanadan paylaşım edərək yazıb: "Onsuz da başım gicəllənirdi, indi bir də kristallarım yerindən oynayıb. Onları düzəltməyə gəldim".
Qeyd edək ki, müğənni daha əvvəl Darülaceze Fiziki Terapiya və Reabilitasiya Mərkəzində müalicə almış, həmçinin vəsiyyətini paylaşaraq həyatının filmə çəkilməsini və dəfn mərasimində Janis Joplinin "Little Girl Blue" mahnısının səslənməsini istədiyini bildirmişdi.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...