Zaur küsülü olduğu Xoşqədəm haqqında: "Efirə qayıtmasını gözləyirəm!"
Yeniliklərdən dərhal xəbərdar olun
Aparıcı Zaur Baxşəliyev efirdə həmkarları Xoşqədəm Hidayətıqızı və Elgiz Əkbərdən danışıb.
BAKU.WS xəbər verir ki, Zaur heç bir adama həmkarlarını onun efirində pisləməyə icazə vermədiyini bildirib:
“Kimsə ağlına belə gətirməsin ki, bu efirə gələcək ya Xoşqədəm Hidayətqızı ya da Elgiz Əkbəri pisləyəcək, mən də ona şərait yaradacam. Əsla! Çünki hamımız bu televiziyalarda çalışırıq, çörək pulu qazanırıq və xalqa xidmət edirik. Olmaz!
Belə şeylərdə diqqətli olmaq lazımdır! İnşallah yaxın zamanlarda Xoşqədəm Hidayəqızının da proqramı açılar və efirlərə qayıdar. Biz də gözləyirik. Bütün yükləri hər kəs çəkəsi deyil ki, əlbəttə gəlsin, gəlməlidir, niyə də yox. Allah yaxşılıq edən hər kəsin canını sağ etsin”.
Qeyd edək ki, Zaurla Xoşqədəm Hidayətqızı illərdir küslüdür. Onlar dəfələrlə proramlarında baş verən problemlərlə bağlı bir-birlərinə atmacalar atıblar.
Oxşar xəbərlər
Cavan Zeynallı: “O dueti Flora xanım başqa adamla oxumalı idi” - FOTO
Xalq artisti Cavan Zeynallı "APA"ya müsahibə verib. Karyerasından və şəxsi həyatından danışan sənətçi maraqlı açıqlamaları ilə diqqət çəkib. BAKU.WS həmin müsah...