Zaur Baxşəliyev "BizimləSən"i bağlamaq istəyir - VİDEO
26
fev
2019
10:40
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Əməkdar mədəniyyət işçisi Zaur Baxşəliyev layihə rəhbəri və aparıcısı olduğu "BizimləSən" verilişini bağlamaq istəyir. BAKU.WS-in məlumatına görə, aparıcı bu haqda ötən gün canlı efirdə danışıb. Proqrama qatılan insanların yaşadıqlarından, həyat tərzindən təsirlənən Z. Baxşəliyev bunları deyib: "Mayın axırı gəlsin, bu proqramı bitirəcəyəm. Vallah, doğru söyləyirəm. Həqiqətən çox əziyyət çəkirəm. Məhv oluram. Bütün bunların hamısını içimdən keçirirəm. Öldüm, bitdim burada. Tam səmimi deyirəm. Mən bu dəqiqə elə bir durumdayam ki... Bayaq da təzyiqim oynadı. Hamısı çox pis təsir edir". BAKU.WS
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...