Zamiq Hüseynov: “Messinin “Barcelona”dan ayrılması məni kövrəltdi” - FOTO

Zamiq Hüseynov: “Messinin “Barcelona”dan ayrılması məni kövrəltdi” - FOTO
Foto
Şou-biznes 279

Müğənni Zamiq Hüseynov “Barcelona” futbol klubundan ayrılan Lionel Messi ilə bağlı paylaşım edib.

BAKU.WS xəbər verir ki, sənətçi sosial şəbəkədə Lionel Messi ilə Kriştiana Ronaldonun fotolarını yayımlayaraq Messinin uzun illərdir üzvü olduğu futbol klubunu tərk etməsinə münasibət bildirib:

“Messinin "Barcelona" klubundan ayrılmasını izlədim və çox kövrəldim. Hər zaman bu iki futbolçu: Ronaldo və Messi sübut edib ki, onlar həm klubdan böyükdür, həm də ən böyük oyunçulardır!

Ronaldo azarkeşi olsam da, hər zaman Messini Ronaldo kimi böyük tutmuşam!

Xoşbəxt futbol azarkeşləriyik ki, bu iki gəlmiş keçmiş ən böyük futbolçuların zamanında yaşadıq və oyunlarını izlədik!”

Qeyd edək ki, "Barcelona" avqustun 5-də futbolçu Lionel Messi ilə yollarını ayırıb. Ötən gün klubdan ayrıldığını rəsmi şəkildə elan edən futbolçu çıxışı zamanı onu sevən milyonlarla azarkeşinə təsirli anlar yaşadıb. Messi 2004-cü ildən "Barcelona"nın şərəfini qoruyurdu.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər