Zamiq Hüseynov: Dönər mənim üçün ən əlçatmaz yemək idi

28
yan
2019
19:22
Müğənni Zamiq Hüseynovun həyatı yazılsa, roman olar. Bəzi yazıçılar müğənninin şəxsi həyatı barədə bədii əsər yazmağı da təklif ediblər. Bu barədə o, özü MTV-də yayımlanan “3 canlı” proqramına danışıb.BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, o, verilişin xüsusi buraxılışında aparıcı Rəhim Rəhimlinin suallarını cavablandırıb.Müğənni efirdə ikinci dəfə ailə qurması barədə yayılan xəbərlərə bir daha aydınlıq gətirib:“Həyatdır, yazılır, biz də yaşayırıq. Mən keçmiş illərimi fəxrlə danışıram. Mənim 10 il əvvəl yaşayışımı görsəydiniz, indi öz halınıza şükür edərdiniz. 11-12 yaşımda metrolarda alver edirdim. Adi dönər mənim üçün ən əlçatmaz yemək idi. Qaçqınlar üçün tikilmiş yataqxanada yaşayırdıq.16 yaşımdan sonra isə toylara getməyə başladım. Bütün xırdalıqları danışmaq istəmirəm”. Bundan əlavə, Zamiq müğənni Abbas Bağırovla uşaqlıqdan dost olsalar da aralarının soyuq olduğunu açıqlayıb:“Küsməmişik, sadəcə danışsaq küsəcəyik. Soyuq münasibətlər hər ikimizə sərf edir".BAKU.WS
Oxşar xəbərlər
Zamiq: “11-12 yaşımda metrolarda alver edirdim”
Müğənni Zamiq Hüseynov MTV-ə yayımlanan “3 canlı” proqramına qonaq olub. BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, o, verilişin xüsusi buraxılışında aparı...
