"Yeşilçam"ın ulduzu Sibel Canın keçmiş qayınanası imiş - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Karyerası və şəxsi həyatı ilə gündəmə gələn, Türkiyənin məşhur müğənnisi Sibel Canın keçmiş həyat yoldaşı Hakan Ural bu dəfə sosial şəbəkədəki paylaşımı diqqət çəkib.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, Ural bu dəfə nənəsi və anası ilə illər əvvəl çəkdirdiyi fotosunu paylaşıb.
Hakan Uralın yayımladığı fotonu görənlər təəccüblərini gizlədə bilməyiblər. Hakan Uralın anası Ceyhan Cemin "Yeşilçam" ulduzu olduğu üzə çıxıb.
Ceyhan "Cemile" filmində Cüneyt Arkınla birlikdə rol alıb.
Xatırladaq ki, Sibel Can ilə Hakan Ural 1988-ci ildə məşhur sənətçi Zerrin Özerin evində gizlicə evlənmişdi. Cütlük 11 il sonra - 1999-cu ildə boşanıb. Onların Melisa Ural və Engincan Ural adlı iki övladı var.
Hakan Ural 2005-ci ildə Ezgi Can Uralla ailə həyatı qurub.
Oxşar xəbərlər
Nuri Alço Cüneyt Arkın haqqında: "Qayınatası olmasaydı..."
"Yeşilçam"ın əfsanəvi aktyoru, "Malkoçoğlu" kimi tanınan Cüneyt Arkının ilk evliliyindən - Güler Mocandan olan qızı Filiz Cüreklibatır ögey anası Betül Cüreklib...