Yeni iş həftəsinin ilk gününə olan hava proqnozu

Yeni iş həftəsinin ilk gününə olan hava proqnozu
Şou-biznes 577

Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, səhər bəzi yerlərdə duman olacaq. Güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 7-9, gündüz 10-12 dərəcə isti olacaq. Azərbaycanın bölgələrində isə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Səhər bəzi yerlərdə duman olacaq. Axşam ayrı-ayrı yerlərdə yağış yağacağı ehtimalı var. Ziya Səccad

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var....

16 Şou-biznes 14:00 18 oktyabr 2015

Son xəbərlər