"Yemək bişirmirəm, iyindən ürəyim bulanır" - Məleykə

Yemək bişirmirəm, iyindən ürəyim bulanır - Məleykə
Şou-biznes 2160
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, Xalq artisti Məleykə Əsədova "X maqazin" verilişinə verdiyi açıqlamaları ilə diqqət çəkib. BAKU.WS-in məlumatına görə, tanınmış aktrisa yemək bişirə bilmədiyini etiraf edib:"Yemək bişirməyi bacarmıram. Əslində bacararam. Yaxşı buğlama bişirirəm. Çox sağlam yeməkdir. Yeməyin iyi mənə çox pis təsir edir. Bəzi insanlara yeməyin qoxusu gələndə acır, mənim ürəyim bulanır". O, həmçinin, fala inanmadığını, baxıcı yanına getmədiyini bildirib:“Paxıllıq hissi insanı çürüdə bilər. Allah mənə gözəl qəlb verib. Eşitmişəm ki, filan falçıda şəklimi görüblər. Son 10 ildə daha çox belə şeylər gördüm. Amma yaxına buraxmıram. Etdikləri şey gec-tez özlərinə qayıdır. Elə şeylərə fikir vermirəm. Yaxınlarıma demişəm ki, mənə bu barədə deməyin. Eşitdiz, özünüz cavabını verin”. BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər