Yaşar Nurinin evindən oğurluq edən şəxsin qeyri-adi açıqlaması: "Fanatıyam..."
Yeniliklərdən dərhal xəbərdar olun
Mərhum Xalq artisti Yaşar Nurinin müğənni qızı Ülkər atasına aid bağ evində yaşanan oğurluqdan danışıb.
BAKU.WS xəbər verir ki, illər əvvəl Novxanıdakı bağ evində yaşanan bu oğurluğu aktyorun yaxın qonşusu edib.
Sənətkarın qızı Ülkər bu barədə "İncə səhər" verilişinə qonaq olarkən bildirib:
"O bağ evində özünə yaşayış qurmuşdu. Biz bağ evinə gec-gec gedirdik. Gedəndə gördük kimsə mətbəxdə yeyib-içib. Atamın otağına da girmişdi. Amma sonra tapıldı. Ona dedim ki "Niyə belə etmisən". Dedi "Mən onun fanatıyam". Bizə bildirərdi, atamın hər hansı bir əşyasını ona hədiyyə edərdik. O atamın çox əşyalarını oğurlamışdı. Bəzilərini isə topağa basdırmışdı".
Qeyd edək ki, Xalq artisti Yaşar Nuri 2012-ci ildə vəfat edib.
Oxşar xəbərlər
Məşhur müğənni 25 tələbəyə 1 milyon lirə təqaüd verəcək: "Əlini daşın altına qoymalısan"
Türkiyəli müğənni Çelik 25 tələbəyə ümumi dəyəri 1 milyon lirəyə çatacaq təqaüd yardımı göstərəcəyini açıqlayıb. BAKU.WS xəbər verir ki, sənətçi Murat Dinlerin...