"Yalı Çapkını"nın "Halis"inin görün hansı məşhurdan oğlu var imiş - FOTO

Yalı Çapkınının Halisinin görün hansı məşhurdan oğlu var imiş - FOTO
Foto
Şou-biznes 2

"Aşk-ı Memnu" serialında canlandırdığı "Madmazel" obrazı ilə yaddaşlarımıza həkk olunan Zerrin Tekindor və hazırda "Yalı Çapkını" serialında "Halis Korhan" obrazını canlandıran Çetin Tekindorun övladı görənlərin marağına səbəb olub.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Zerrin Tekindor 1987-ci ildə Çetin Tekindorla ailə həyatı qurub.

Bir dəfə ayrılıb yenidən evlənən cütlük 1999-cu ildə yenidən boşanıb.

Onların bu evlilikdən Hira adlı oğlu olub. 23 sentyabr 1989-cu ildə anadan olmuş Hira Tekindor mükafatlı rejissordur. 2006-cı ildə liseydə plastik sənət dərsi üçün rejissorluq etdiyi və ssenarisi Çetin Tekindorun yazdığı "Hörümçək" adlı qısametrajlı filmə görə mükafat alıb.

Xaricdə kino təhsili alan Hira Tekindor 2013-cü ildə tərcümə etdiyi Jez Butterworthun "Nehir" əsərini Haluk Bilginerin quruluşunda "Oyun Atölyesi"ndə səhnələşdirməyə başlayıb. 2015-ci ilin oktyabr ayında onun rejissorluq etdiyi ikinci tamaşası olan Artur Miller klassikası "Körpüdən Baxış" "Oyun Atölyesi"ndə tamaşaya qoyulmağa başlayıb.

Sosial mediadan aktiv istifadə edən Hira anası və atası ilə çəkdirdiyi pozaları izləyiciləri ilə bölüşür. O, atası Çetin Tekindorla şəkillər paylaşarkən sosial mediada “Atasının kopyasıdır”, “Atasına çox bənzəyir” kimi şərhlər gəlir.

Oxşar xəbərlər

"Yalı çapkını"nda gözlənilməz ayrılıq - FOTO

"Yalı çapkını"nda gözlənilməz ayrılıq - FOTO

"Star" kanalında yayımlanan "Yalı çapkını" serialında ayrılıq yaşanacaq. BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, ekran işinə Çetin Tekindor vida edəcək. A...

2 Şou-biznes 15:49 22 oktyabr 2023

Son xəbərlər