Türk serialı sosial şəbəkədə gündəm oldu - VİDEO
Türkiyənin "Star TV" telekanalında yayımlanan "Yüz Yıllık Mucize" serialının son bölümü sosial şəbəkədə gündəm olub.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb serialın yeni bölümündə türk serial tarixinin əfsanələrindən olan "Aşk-ı memnu"ya edilən göndərmə olub.
Belə ki, bir zamanlar "Aşk-ı memnu"da "Matmazel" obrazını canlandıran Zerrin Tekindor, sözügedən serialda rol yoldaşı "Adnan Ziyagil" - Selçuk Yöntemin adını çəkib.
Tekindorun canlandırdığı Süreyya, Adnan adlı şəxsdən borc aldığını bildirib.
Bu zaman ona ünvanlanan "Hansı Adnan" sualına, "Adnan Ziyagil", - deyə, cavab verib.
Sözügedən epizodu təqdim edirik:
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...