Xəzərin sahilində klip çəkildi (FOTO)

Xəzərin sahilində klip çəkildi (FOTO)
Şou-biznes 1254

Bəstəkar Sevinc Tofiqqızı "Həyat gözəl” adlı yeni kompozisiyasına klip çəkdirib. 

BAKU.WS xəbər verir ki, Xəzərin sahilində lentə alınan ekran işinin rejissorluğunu İlham Yaşaroğlu edib.

"Onun kreativ, gözəl işləri var. Düşündüm ki, kompozisiyama gözəl klipi o çəkə bilər. Operatorluğu Emin Hüseynova həvalə etmişik. Fotolarımın müəllifi Ramin Aslanovdur. Bütün komanda işə can yandırdı. Kompozisiyanın aranjiman işini Osman Həmidov edib. Gözəl bir iş ərsəyə gətirdiyimizə inanıram. Ekran işi montaja verilib, hazır olduqdan sonra böyük təqdimat edəcəyəm” – deyə, Bəstəkar bildirib.

Çəkilişlərdən olan fotosessiyanı oxuculara təqdim edirik:

BAKU.WS

Son xəbərlər