Xuraman Şuşalı: "Həyat yoldaşım yatanda telefonunu qurdalayırdım" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Həyat yoldaşımı hədsiz çox sevirdim. Özümü atmışdım ikinci plana".
BAKU.WS xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı ARB TV-də yayımlanan "Xəbər-ətər" proqramında deyib.
Həyat yoldaşı Elçin Məmmədovdan danışan ifaçı onu qısqandığını, hətta buna görə psixoloq yanına getdiyini açıqlayıb:
"Həyat yoldaşım yatırdı, gedirdim, telefonuna girirdim. Psixoloq yanına getdim. Amma xanımlara deyirəm ki, qısqanmayın. Axtarsanız, nəsə tapacaqsınız. Öz və onun həyatını məhv etməyin. Psixoloqa dedim ki, bu problemlər var, yaşaya bilmirəm. Düşünürəm ki, nə edir, haradadır. Başa saldı ki, özgüvənsizlikdəndir. Hətta onun telefonuna proqram da yükləmişdim ki, güdüm", - deyə o bildirib.
Qeyd edək ki, Şuşalının dörd övladı var.
Oxşar xəbərlər
Həyat yoldaşından Xuraman Şuşalıya ROMANTİK AD GÜNÜ SÜRPRİZİ - VİDEO
Ötən gün müğənni Xuraman Şuşalının 39 yaşı tamam olub. BAKU.WS xəbər verir ki, sənətçinin həyat yoldaşı Elçin doğum günündə ona romantik sürpriz edib. Şuşalını...