Xoşqədəmdən həmkarı Zaurun dediklərinə REAKSİYA - VİDEO

Xoşqədəmdən həmkarı Zaurun dediklərinə REAKSİYA - VİDEO
Video
Şou-biznes 2953

Ötən gün aparıcı Xoşqədəm Hidayət qızının "Səni axtarıram" proqramının yeni mövsümünə start verilib.

BAKU.WS xəbər verir ki, aparıcı öz efirində bir müddət əvvəl həmkarı Zaur Baxşəliyevə ona dəstəyini ifadə etdiyi üçün dərin təşəkkürünü bildirib:

"İnsanın çətin günü olanda onun yanına gələn çox olar. Dost da, düşmən də sənin yanındadır. Amma xoş günündə gəlib, uğuruna sevinirsə, əsl dost odur. Bir insanın xoşbəxt anını həzm etmək hər ürək sahibinin işi deyil.

Məni müdafiə edib, efirdən yoxluğumu qəbul etməyənlər oldu. ATV kanalında çalışan Zaura təşəkkür edirəm, dediyi fikirlərin səmimiyyətinə inanıram. Onun "Olmalısan, getmə, gəl" kimi gözəl fikirlərinə inanıram".

Xatırladaq ki, hər iki aparıcı illərdir küsülü idi. Zaur Baxşəliyev bir müddət əvvəl "Bizimləsən" proqramında həmkarı ilə bağlı danışaraq, haqqında xoş fikirlər səsləndirmişdi.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər