Xoşqədəm ağır həyatından danışdı: “Tort, peraşki bişirib mağazaya satırdım" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı birinci həyat yoldaşından ayrıldığı vaxtlardan danışıb.
BAKU.WS “manset.az”a istinadən xəbər verir ki, bu barədə o, aparıcısı olduğu "Səni axtarıram" proqramında açıqlama verib.
O deyib ki, həyat yoldaşından ayrılanda atası ona övladını götürməməsini bildirib:
"Bəzən deyirlər, özündən niyə misal çəkirsən? Kimdən danışacam? Özümdən danışmalıyam. Həyatdır, heç kəs bilmir başına nə gələcək, mənim də həyatımda ayrılıq olub, yəqin atam izləyir, bu onun yaralı yeridir, pis olacaq. O vaxt dedi ki, uşaq qalsın atasında.
Onda sual verdim ki, nə üçün gəlmisən, niyə mənim yanımdasan? Dedi, çünki mənim balamsan. Söylədim ki, sən öz övladını ata bilmirsənsə, həyatımı qoruyursansa, sevirsənsə, dərdimə sahib çıxırsansa, mən övladımı niyə atım?
Onun nə günahı var?! Mən bunları 28 il əvvəl yaşamışam. Daha ağır vaxtlar idi. Valideylərim köçkün düşmüşdü. Heç bir iş yerim, dəstəkçim, köməyim yox idi. Tort, peraşki bişirib mağazaya satırdım".
Qeyd edək ki, aparıcının ilk evliliyindən bir oğlu var. Onun müğənni Doğuşla nikahından isə əkiz övladları dünyaya gəlib.
Oxşar xəbərlər
Van Dammın oğlu: “Atam demişdi ki, mütləq Azərbaycandan olan bir xanımla evlən” - FOTO
Məşhur aktyor Jan Klod Van Dammın oğlu Kristofer Van Damm və onun azərbaycanlı xanımı Suada Hacızadə Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya...