Xoşqədəmlə Doğuş mitinqdə (FOTO)

Xoşqədəmlə Doğuş mitinqdə (FOTO)
Şou-biznes 1786

Türkiyədə hərbi qiyam gecəsindən sonra ölkədə 3 aylıq fövqəladə vəziyyət elan olunması artıq bəllidir.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu müddət ərzində qardaş ölkənin müxtəlif şəhərlərində insanlar gecələr meydana toplaşaraq "Demokratiya növbəsi” tuturlar. Bu cür xalq mitinqlərindən biri Antalyada reallaşıb. Mitinqə sadə insanlarla yanaşı, tanınmışlar da qoşulub. 

Onların arasında türkiyəli müğənni Doğuşla həyat yoldaşı, azərbaycanlı teleaparıcı Xoşqədəm Hidayətqızı da olub.

X.Hidayətqızı televiziya vasitəsilə hərbi çevrilişlə bağlı xəbərləri görən zaman göz yaşlarını tuta bilmədiyini deyib:

"Biz Azərbaycan olaraq, hər zaman Türkiyənin yanındayıq" - deyə, X.Hidayətqızı bildirib. 

Onun həyat yoldaşı Doğuş isə "Adını çəkməyəcəyəm, amma başqa şərəfsizlər belə bizə bu qədər yanlışlıq etmədi. Allah "Demokratiya növbəsi” tutan insanlardan razı olsun. Sizlərin köməkliyi ilə uşaqlarımın gələcəyi olacaq" - söyləyib.

Onu da əlavə edək ki, "Demokratiya növbəsi” tutan arasında müğənni Alişan, Mustafa Ceceli, Nihad Doğan, Murad Dalkılıç, Kutsi, Berkay, Bengü, Yeşim Salkım, aparıcı Ece Erken və başqaları da olub.

BAKU.WS 

Oxşar xəbərlər

Xoşqədəm və Doğuş əkizləri - FOTO

Xoşqədəm və Doğuş əkizləri - FOTO

Türkiyəli müğənni Doğuşla ailə quran tanınmış aparıcı Xoşqədəm Hidayətqızı əkizlərinin yeni fotosunu paylaşıb. BAKU.WS məlumat verir ki, aparıcı əkizləri ilə...

4209 Şou-biznes 13:15 02 iyun 2016

Son xəbərlər