Xəyyam Nisanovun bahalı kibrit və pul kolleksiyası - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Xəyyam Nisanov kibrit və pul kolleksiyası ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, “Sənətdən kənar” proqramına qonaq olan ifaçı 9 ildir topladığı bahalı kolleksiyasını nümayiş etdirib. Nisanov kibritlərdən və pullardan ibarət kolleksiyasını müxtəlif dostlarının və yaxınlarının köməyi ilə xarici ölkələrdən əldə edib.
Sənətçi kolleksiyasındakı kibritlərindən birinin 15 dəqiqə yandığını və onun əsasən bağ evlərində istifadə edildiyini bildirib.
Xəyyam hazırda 3000 ədəd kibritdən ibarət kolleksiyasını 5000-ə çatdıraraq "Ginnesin Rekordlar Kitabı"na düşmək istəyir. Sənətçinin bununla yanaşı pul kolleksiyası da var. Həmin kolleksiyada daha çox xarici ölkələrin valyutası yer alır.
Oxşar xəbərlər
Məşhurların dəbdəbəli bağ evləri - FOTO
Yerli şou-biznes nümayəndələri ifa etdikləri mahnıları və təqdim etdikləri layihələri qədər şəxsi həyatları, maşınları və mülkləri ilə də gündəmdən düşmürlər. O...