Xəstəxanaya yerləşdirilmişdi! Gökhan Güney səhhəti ilə bağlı açıqlama verdi
Yeniliklərdən dərhal xəbərdar olun
Yeşilçamın əfsanəvi simalarından biri olan aktyor və müğənni Gökhan Güney sağlamlıq durumu ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
BAKU.WS xəbər verir ki, 1980-ci illərə damğa vuran "Candan Sevmeli", "Melek Yüzlüm" kimi mahnıların ifaçısı olan Gökhan Güney bel və ayağındakı şiddətli ağrılar səbəbilə xəstəxanaya aparılıb. Güney, vəziyyəti ilə bağlı pərəstişkarlarına açıqlama verib.
"Narahatlıq doğuracaq bir hal yoxdur"
71 yaşlı sənətçi açıqlamasında belə deyib:
Məni düşünən, halımı soruşan bütün sevənlərimə təşəkkür edirəm. Bazar gecəsi güclü bel və ayaq ağrısı ilə xəstəxanaya gəldik və dərhal xəstəxanaya yerləşdirildim. Hazırda müayinələr davam edir. Narahatlıq yaradacaq bir vəziyyət yoxdur. Özümü etibarlı əllərdə və sevgi ilə yanaşan bir xəstəxanada hiss edirəm. Mənim üçün narahat olan, zəng edən, halımı soruşan hər kəsə təşəkkür edirəm."
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...