Xəstə atasının sözləri məşhur xanəndəni ağlatdı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Muğam ifaçısı Mirələm Mirələmov ATV-də yayımlanan "1 dəqiqə" verilişinə qonaq olub.
BAKU.WS xəbər verir ki, proqram zamanı xanəndənin atası Fərman Mirələmovun müsahibəsi yayımlanıb. Atasının xəstə olduğunu deyən Mirələm onun söylədiklərini eşidərkən göz yaşlarını saxlaya bilməyib. Fərman bəy Mirələmin hər zaman ona xeyirli övlad olduğunu bildirib:
"Oğlum bizə qarşı çox yaxşıdır. Xəstəyəm, əziyyətimi çəkir. Onu Şamaxıda musiqi məktəbinə qoydum, yavaş-yavaş təkmilləşdi. Sonra dedi ki, Asəf Zeynallıya getmək istəyir.
Həmin vaxt bilməzdim ki, bu yerlərə gəlib çıxar. Bilirdim ki, zəhmətkeşdir, gələcəyi yaxşı olacaq. Muğam müsabiqəsinə qatıldığını sonradan öyrəndim. Onunla fəxr edirdim, ona münsiflər yaxşı qiymət verəndə sevinirdim. Oğluma xoşbəxtlik arzu edirəm, ömrü uzun olsun".
Oxşar xəbərlər
Cavan Zeynallı: “O dueti Flora xanım başqa adamla oxumalı idi” - FOTO
Xalq artisti Cavan Zeynallı "APA"ya müsahibə verib. Karyerasından və şəxsi həyatından danışan sənətçi maraqlı açıqlamaları ilə diqqət çəkib. BAKU.WS həmin müsah...