"Xərclədiyi pullara baxmadım, iy gəlirdi, ayrıldım" - Könül Yusifqızı eks sevgilisindən yazdı
Yeniliklərdən dərhal xəbərdar olun
Aktrisa və aparıcı Könül Yusifqızı tər qoxusu gələn kişi ilə münasibət qura bilmir.
BAKU.WS xəbər verir ki, aktrisa keçmiş sevgilisindən xoşagəlməz iy gəldiyinə görə ayrıldığını da misal gətirib:
"Nə gizlədim, mən iylərə qarşı çox həssasam, hətta bəzi ətir iyləri belə məndə başağrı verə bilər. O ki qala adam iyinə. Qarşımdakı insan iy verərsə, bərbad olaram.15 il qabaq məni sevən biri vardı. Simpatik, boylu-buxunlu, yaraşıqlı və inanılmaz dərəcədə imkanlı idi. O qədər sevirdi ki, mağazada mənə ayaqqabı alanda əyilib əli ilə sıxıb-sıxmadığını yoxlayırdı. Küsəndə 1 sutka balkonumun altından çəkilməzdi. Ürəyim nə istərdi, alardı, nə istəsəm, edərdi. Hərdən ağlagəlməz bir şeylər istərdim, onu haralardansa tapıb gətirtdirərdi. Bir amması vardı, adam tər iyi verirdi. Maşınının pəncərələrini açırdım, keçmirdi. Restorana gedirdik, üzbəüz oturanda belə məni iy vururdu.
Özümü heç cür zorlaya bilmədim. Bax, o xərclənən və xərclənəcək pullar, onun istəyi-sevgisi, qayğısı belə qarşımı kəsmədi. Özümü zorlaya bilmədim, alınmadı, bitdi. Və o, mənim yaddaşımda məni sevən biri kimi yox, iy verən biri kimi qaldı.
İnsan üçün iy çox önəmlidir. Məncə, ruhu olan insanlar sevdiklərinin iyini-qoxusunu sevir. Hətta ayrıldıqdan sonra o iyi özləyir, gözləyir, axtarır..."
Oxşar xəbərlər
Könül Yusifqızı: "Sizi bilmirəm, vallah, mən bu virusu sevdim"
"Sizi bilmirəm, vallah mən bu virusu sevdim. Nə gözəl təmizlik, nə gözəl gigiyena, bəh bəh bəh". BAKU.WS xəbər verir ki, bu sözlər aktrisa Könül Yusifqızına məx...