Xalq artistlərinin narkoman oğlu küçələrdə qalıb - VİDEO
31
okt
2019
16:02
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sevilən aktyorlar, Xalq artistləri Səyavuş Aslan və Ofeliya Sənaninin oğlu Çingiz küçələrdə qalır. Çingizin təqaüd yaşına çatmadığı üçün onu Qocalar evinə götürülmür.BAKU.WS xəbər verir ki, indi 60 yaşında olan Çingiz narkotik aludəçisi olub və bir neçə dəfə həbsxana həyatı yaşayıb. O, atasının "Torqovı"da "Sahil" metrorusunun yaxınlığında yerləşən evini 100 min manata satıb. Bu isə arxitetur binadakı mənzilin dəyərindən dəfələrlə ucuzdur. Həmin ərazidə evlərin qiyməti təxminən 1 milyon manatdır.Mərhum xalq artistlərinin oğlu yardım üçün üz tutduğu "BizimləSən" proqramında evin pulunu nəyə xərclədiyini belə açıqlayıb:"15-20 il narkotik vasitələrdən istifadə etmişəm. 2-3 dəfə narkotik üstündə tutulmuşam. Biznes qurmaq istədim, batırdım. Belə də ki, yeyib-içən adam olmuşam, ancaq yeyib-içməyə xərcləmişəm. O da pul aparır. Pulun üstünə pul gəlmədi qalmır.Bir dəfə də bulvarda ürəyim gedib, cibimdəki 12 min dolları apardılar. Evi 100 min manata satandan sonra əvvəlcə Badamdarda, sonra Nərimanovda ev aldım. Sonra da bir-bir satıb yedim". Qeyd edək ki, Çingizin əməlləri üzündən atası-anası, qardaşı, həyat yoldaşı və övladları illərlə əziyyət çəkib. Məhz bu səbəbdən o, dəfələrlə efirə çıxıb yardım istəsə də, tanıyan heç kim ona kömək etmək istəmir. Zülfiyyə Qurbanova
Oxşar xəbərlər
Səyavuş Aslanın oğlundan şok sözlər: "Arvadım mənə xəyanət edib" - VİDEO
Xalq artisti Səyavuş Aslanın oğlu Eldar Aslan ATV-də "Bizimləsən" verilişində olub. BAKU.WS xəbər verir ki, Eldar Aslan ailəsi ilə bağlı şok açıqlamalar edib. "...