Səyavuş Aslanın oğlu sığınacağa yerləşdirildi - VİDEO

25
yan
2019
11:05
Mərhum Xalq artisti Səyavuş Aslanın oğlu Çingiz Aslan ATV-də yayımlanan "BizimləSən" verilişinə müraciət edib. BAKU.WS xəbər verir ki, qalmağa evi olmayan Ç. Aslan bildirib ki, hostellərdə gecələyir. Aparıcı Zaur Baxşəliyev isə hostel sakinlərinin Çingizdən şikayətçi olduğunu, onunla bir yerdə qalmaq istəmədiklərini bildirib. Proqramda məlumat verilib ki, Çingiz Aslan qaraciyər serrozundan əziyyət çəkir və ötən gün müvəqqəti olaraq sığınacağa yerləşdirilib. Çingiz atasından qalan evi 4 il əvvəl satdığını bildirib:"İstədim pulu çoxaldım, biznes qurum. Amma alınmadı... Müalicəmə də çox pul yığılıb. Ailəm alınmadı... Təzədən ərə gedib, yaşıyır. İndi ailəm, uşaqlarım harada yaşayır bilmirəm, məndən gizlənir".BAKU.WS
Oxşar xəbərlər
Zaur Amaliya Pənahovanın SİRRİNİ AÇDI: "Demişdi ki, bu haqda heç kimə deməyin..." (VİDEO)
Xəbər verdiyimiz kimi, Xalq artisti Amaliya Pənahova bu gün səhər saatlarında dünyasını dəyişib. BAKU.WS-in məlumatına görə, sənətkarın xatirəsi bu gün ATV-də...
