Xalq artistinin oğlunun vəziyyəti ağırdır - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Mərhum Xalq artisti Eldəniz Zeynalovun oğlu Məmməd Zeynalov ağır xəstəlikdən əziyyət çəkir.
BAKU.WS xəbər verir ki, "Elgizlə izlə" proqramının əməkdaşları onun evində olublar. Bir müddət əvvəl verilişə müraciət edərək yardım istəyən Məmməd səhhətindəki problemlərin hələ də davam etdiyini bildirib.
O, sıradan çıxan böyrəyi ilə uzun müddət yaşaya bilməyəcəyini, təcili olaraq böyrək köçürülməli olduğunu deyib:
"Əlimin biri keyiyib, işləmir, təzyiqim 240-dır. Mən inanmıram ki, belə uzun müddət yaşaya biləm. Bilmirəm, nə edim. Həkimlər deyir ki, təcili böyrək köçürülməsə, beyninə qan sıza, yaxud da ölə bilərsən. Çünki beynimə bir dəfə qan sızıb, artıq ikinci dəfə olarsa, komaya düşəcəm. Bezmişəm, çox əziyyət çəkirəm. Bacım deyib ki, böyrəyini verəcək".
Xatırladaq ki, Xalq artistinin oğlu ağ ciyər xərçəngindən əziyyət çəkir. O, bir müddət əvvəl koronavirusa yoluxub, daha sonra isə sağalıb.
Oxşar xəbərlər
Eldəniz Zeynalovun oğlunun vəziyyəti ağırlaşıb -VİDEO
Xalq artisti Eldəniz Zeynalovun oğlu Məmməd Zeynalovun səhhəti pisləşib. BAKU.WS xəbər verir ki, “Elgizlə izlə” proqramına qonaq olan Məmməd 6 ildir dializ xəst...