Xalq artistindən ŞOK ETİRAF: "Toyuma 1 gün qalmış evdən qaçdım" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Gülyanaq Məmmədova maraqlı etirafı ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, ifaçı 1992-ci ildə toyuna bir gün qalmış evdən qaçdığını bildirib.
O, bu haqda ATV kanalında yayımlanan "1 dəqiqə" proqramına qonaq olarkən danışıb. İfaçı ailəsi tərəfindən sevmədiyi dayısı oğlu ilə ailə qurmağa məcbur edildiyi üçün bu addımı atıb.
"1991-ci ildən 1992-ci ilədək onunla nişanlı olmuşam. O, məni sevirdi, lakin mən də onu dayım oğlu kimi sevirdim. Arzularımın ardınca qaçdım", - deyə Xalq artisti bildirib.
Sənətçi efir vasitəsilə bir zamanlar onunla nişanlı olan dayısıoğlu və onun həyat yoldaşına salam da göndərib.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyevanın Cəbrayıl və Zəngilan səfərindən görüntülər - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngil...