Xalq artisti xilas etdiyi körpədən danışdı: “Müharibəyə getdi, şəhid oldu” - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Flora Kərimova bir zamanlar həyatını xilas etdiyi körpədən danışıb.
BAKU.WS xəbər verir ki, “Onun sirri” proqramına qonaq olan sənətçi göbək cifti boğazına dolanan körpənin həyatını son anda xilas etdiyini, sonra isə o uşağın vətən uğrunda şəhid olduğunu deyib:
“Bir dəfə konsertdə çıxışımdan sonra şəhid ailələrindən bir qadın mənə yaxınlaşdı. Kağız verdi və dedi ki, "mənə zəng edin". Həmin xanım mənim onu tanımadığımı, lakin bizim illər əvvəl eyni xəstəxanada qarşılaşdığımızı və mənim orada onun övladını ölümdən qurtardığımı dedi.
O xanımın övladı yeni doğulanda ölürdü. Mən onu xilas etdim. Sonra həmin xanım mənə həyat yoldaşının yazdığı kağızı göstərdi. Uşaq doğulanda atası sevinə-sevinə çıxdı ki, siz musiqiçisiniz, yəqin ki, xilas etdiyiniz övladım da musiqiçi olacaq. Onda mən dedim ki, o musiqiçi olmayacaq, böyüyüb vətən qəhrəmanı olacaq. O da böyüdü, getdi müharibəyə, şəhid oldu”.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyevanın Cəbrayıl və Zəngilan səfərindən görüntülər - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngil...