Xalq artisti toy şəklini paylaşıb bu sözləri yazdı: "Bir-birinin ətini didən..." - FOTO

Xalq artisti toy şəklini paylaşıb bu sözləri yazdı: Bir-birinin ətini didən... - FOTO
Şou-biznes 1958

Xalq artisti Brilliant Dadaşova şəhid xalası oğlu ilə birlikdə çəkilmiş toy şəklini paylaşıb.

BAKU.WS xəbər verir ki, qohumlarının Qarabağ müharibəsində şəhid olduğunu vurğulayan müğənni cəmiyyətdə mənfi halların çoxaldığını deyib:

“Bu, Ədalət müəllimlə toy şəklimizdir. Ortada Bakıda böyümüş, Qarabağı heç görməmiş və könüllü olaraq müharibəyə gedib Ağdamda şəhid olan xalamız oğlu Elçindir. Arxada dayanan qadın da başqa bir qohumumuzdur. Onun oğlu Azər də Naxçıvanda şəhid olmuşdu.

İndi şəhidlərimizə baxıb düşünək. Onlar şirin canlarını qurban verdilər və biz bugünkü cəmiyyəti yaratdıq. Müğənnisini, mədəni irsini, həmvətənlərini təhqir edən, bir-birinə qənim kəsilib ətini didən, bir-birinə şər-böhtan atan, ayağının altını qazan bir cəmiyyət olduq – azad, müstəqil... Bu müstəqilliyi, söz azadlığını sui-istismar edən bir cəmiyyət yaratdıq. Yavaş-yavaş mənəvi dəyərlərini yox etməyə çalışan insanların cəmiyyətinə çevrilirik. Ruhları şad olsun...”.

Xalq artisti toy şəklini paylaşıb bu sözləri yazdı:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər