Xalq artisti: "Kişiciklər qadınlarına ləkə yaxıb namussuz damğası vururlar"

Xalq artisti: Kişiciklər qadınlarına ləkə yaxıb namussuz damğası vururlar
Şou-biznes 734

"Son zamanlar cəmiyyətimizdə qadın qətlləri artıb. Bu, dəhşətdir. Buna bir "dur" deyən tapılacaqmı?"

BAKU.WS "Axşam.az"a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva sosial şəbəkədə yazıb.

Aktrisa qadına şiddətdən bəhs edərkən bunları əlavə edib:

"Psixologiyasına hakim ola bilməyən, tüfeyli həyat yaşayan kişiciklər öz uğursuzluqlarının qisasını qadınlardan alırlar. Cəmiyyətin mental düşüncələrinə arxalanaraq özlərini müdafiə etmək üçün qadınlarına ləkə yaxıb namussuz damğası vururlar. Bu, artıq get-gedə adi hal almağa başlayıb. Acınacaqlı və çox qorxuludur.

Əgər bunun qarşısı alınmasa, artıq heç bir qadın bundan sığortalana bilməyəcək. Əgər qadın və kişi, həqiqətən, xəyanət edibsə, cinayət məsuliyyətinə cəlb olunsun. Qadın hüquqlarını müdafiə edən qurumlar ayılmalı və müvafiq tədbirlər görməlidirlər. Qadın qatillərinə son deyilməlidir, cəzalar sərtləşdirilməlidir".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər