Xalq artisti: "Həyat yoldaşın istəmirsə, oxuma, nə məcburdur"

Xalq artisti: Həyat yoldaşın istəmirsə, oxuma, nə məcburdur
Şou-biznes 1165

Xalq artisti Gülyaz Məmmədova televiziya kanallarında son illər baş verən dəyişikliklərdən danışıb.

BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, müğənni bu barədə "Künc-bucaq" yutub layihəsində danışıb. O, efirdə artıq sənətə daha çox önəm verildiyini bildirib:

"İndi kanallarımız çox gözəlləşib. Hər şeyə - geyimə də, söhbətə də nəzarət olunur. Tələbələrimə efirə çıxmaq üçün şərait yaradılır. Əvvəllər də çıxırdılar, amma şou yaradılırdı. İndi isə sənətlərini göstərirlər. Elə verilişlər var ki, deyirlər ancaq oynaq mahnı olsun. Bu düzgün deyil. Klassikamız da olmalıdır. Demirəm hamı muğam oxusun, amma bunlar lazımdır".

Müğənni gənclərin məşhurları təqlid etməsini də tənqid edib:

"Gəlib deyirlər ki, filankəs bahalı studiyada mahnı yazdırıb, bahalı restoranda yemək yeyib, biz də edək. Deyirəm, sənə nə? Onun pulu var, özü bilər. Sən tələbəsən, pillə-pillə yüksəl".

G.Məmmədova müğənni olmağın çətin peşə olduğunu vurğulayaraq mərhum tarzən Habil Əliyevin sözlərini xatırladıb:

"Habil Əliyev deyirdi ki, boşanan müğənni olur. Doğru deyirdi, indi də elədir. Elə qızlar var ki, səsləri yaxşıdır, restoranlarda oxuyub pul qazanırlar. İndi isə proqram qururlar, süni intellektlə mahnı hazırlayıb oxuyurlar".

Sənətçi ailə həyatına da toxunaraq bunları əlavə edib:

"Yoldaşın istəmirsə, oxuma. Mənim də başıma belə hadisə gəlib. Ailəmi tutmuşam".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi

32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi

Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...

346 Dünya 14:37 28 oktyabr 2026

Son xəbərlər