Xalq artisti: "Hər zaman "Qismətim belədir" deyib dözmüşəm" - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Naibə Allahverdiyeva son zamanlar cəmiyyətdə baş verən xoşagəlməz hallara münasibət bildirib.
BAKU.WS xəbər verir ki, aktrisa bununla bağlı şəxsi instaqram hesabında yeni paylaşım edib. Xalq artisti yazdığı statusunda dünyanın və insanların korlandığını, artan qətllərin və zorakılığın onu ciddi şəkildə narahat etdiyini qeyd edib:
“Dünyamız günbəgün cəhənnəmə dönür, insanlar zombiləşir. Oğru elə qışqırır ki, doğrunun bağrı yarılır. Mən həyatda çox pozitiv insan olmuşam, baxmayaraq həyatım çətinliklərlə dolu olub, amma bunu “Qismətim belədir” deyib hər zaman dözmüşəm.
Bəlkə də, onda dərdimi bölüşəcək insanlar var idi. Amma dünyamızın bu hala gəlməsi məni çox pərişan edir.
Qətl, zorakılıq, etibarsızlıq, süni yaradılmış xəstəliklər, şantaj... Allah biz insanlara mərhəmət bəxş etsin”.
Oxşar xəbərlər
“Bəlaların səbəbi qadının qadınla, kişinin kişiylə yatmasıdır” – Akif İslamzadə ilə MÜSAHİBƏ
BAKU.WS məşhur müğənni Akif İslamzadənin Kulis.az-a müsahibəsini təqdim edir: - Akif müəllim, karantin günlərini necə keçirirsiniz? - Hamı necə mən də elə. Özüm...