Xalq artisti dilə gəldi: "Məni ləkələyə bilmirsiz, bəs qızımı niyə ləkələyirsiz?" - VİDEO

07
avq
2019
15:28
Xalq artisti Rəfael Dadaşov müğənni qızı Səidə ilə bağlı danışılan bəzi mənfi fikirlərə etiraz edib.BAKU.WS xəbər verir ki, Səidə ilə bərabər "5-də 5" verilişində qonaq olan görkəmli aktyor onu məyus edən mövzuya toxunub:"Bir ünvana naxoş söz demək üçün fikirləşin görün kimin övladıdır. Vətən üçün, incəsənət üçün neyləyib? Hansı ad qoyub, hansı titullara malikdir?Əgər Rafaeli sevirsinizsə, hərdən qızımı niyə ləkələyirsiz? Axı ona dəyən daş mənə də dəyir. Düzdür, almaz ləkə götürmür, amma atası var. Məni qızım o qədər safdır, o qədər təmizdir ki... Mənə o qədər məhəbbətiniz. sevginiz var ki, ləkələyə bilmirsiz, bəs qızımı niyə ləkələyirsiz. Niyə onun ünvanına artıq, lazım olmayan sözlər deyirsiz?"Qeyd edək ki, Səidə ailə qurarkən ərə getdiyi şəxsin evli olduğu barədə söz-söhbət yayılmışdı. Hazırda cütlüyün bir oğlu var.Aysel
Oxşar xəbərlər
Xalq artisti: "Prezident qayıtdı ki, səni “Maşın”dan niyə çıxardılar?" - VİDEO
Xalq artisti Rafael Dadaşov dövlət başçısı İlham Əliyevlə yaddaqalan görüşündən danışıb. BAKU.WS xəbər verir ki, "5-də 5" verilişinin qonağı olan xalq artisti g...
