Xalq artisti: "Bu mahnını siçan deşiyində gizlənənlərə həsr edirəm" - VİDEO

Xalq artisti: Bu mahnını siçan deşiyində gizlənənlərə həsr edirəm - VİDEO
Video
Şou-biznes 460

Xalq artisti Brilliant Dadaşova "Youtube"da onunla bağlı iddialar irəli sürənlərə cavab verib.BAKU.WS xəbər verir ki, sənətçi İnstaqramda vaxtilə ifa etdiyi mahnılarından parçalar paylaşaraq bunları yazıb:

"1990-cı il - Brilliant Dadaşovanın 20 Yanvar hadisələrinə mərd etirazı. Bu mahnını siçan deşiyində gizlənib, qadın haqqında qondarma hekayələr uyduranlara həsr edirəm. Azərbaycan bayrağı qarşısında oturub dedi-qodu uydurmayın. Biz o bayraq uğrunda özümüzü və karyeramızı məhv etməkdən qorxmadıq".

Dadaşova daha sonra "Kim nə deyər bizdə olan qeyrətə" adlı mahnısını bu sözlərlə payşalıb:

"1991-ci ildə oxuduğum bu musiqini şərəfini itirmiş, xəlvətdə gizlənib, qadın haqqında inanılmaz hekayələr uyduranlara həsr edirəm. Dahi Mirzə Ələkbər Sabir onların cavabını çoxdan verib: Aşiqik ancaq quru boş söhbətə, kim nə deyər bizdə olan qeyrətə".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər