Xalq artisti: “17 ildir maşın sürürəm, evdə olduğum halda yalnışlıqla...”

Xalq artisti: “17 ildir maşın sürürəm, evdə olduğum halda yalnışlıqla...”
Şou-biznes 826

Xalq artisti Aygün Bayramova maraqlı açıqlaması ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, “Fatehin divanı” proqramına qonaq olan ifaçıya sonuncu dəfə nə vaxt cərimələndiyi haqqında sual ünvanlanıb.

Bayramova isə cavabı ilə hamını təəccübləndirib. Belə ki, ifaçı evdə oturduğu halda ona avtomobilinə görə cərimə yazıldığını deyib:

“17 ildir avtomobil idarə edirəm. Bir dəfə 28 may tarixində qəribə hadisə olmuşdu. Bütün gün evdə olduğum halda yalnışlıqla sms radar gəldi. Orada yazılır axı, video, foto... Baxa bilərsiniz ki, hansı küçədə qayda pozmusunuz.

Mən də baxdım ki, bu, mənim maşınım deyil. Tamamilə başqa adama məxsus avtomobildir. Maşının nömrəsində fərqlilik var. Mənim avtomobilimdə nişan “X”, onda isə “HX”dır. Baxıram ki, Dilarə Əliyeva küçəsi, “Gelandewagen”, 4 şəkil...

Mən də BNA-ya müraciət etdim. Dedim ki, bunu araşdırsınlar. Hər zaman yol-hərəkəti qaydalarına riayət edirəm. Qayda pozuntusu etməyi də sevmirəm”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər