Vüsalə Əlizadənin verilişi bu səbəbdən yarımçıq kəsilib - AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün aparıcı Vüsalə Əlizadənin etdiyi "7 Canlı" verilişinin yayımı qəfildən dayandırılıb.
BAKU.WS saytı olaraq məsələ ilə bağlı "ATV" kanalının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ozal İbrahimli ilə əlaqə saxladıq. O, açıqlaması zamanı saytımıza bildirib ki, yayım texniki problem səbəbindən dayandırılıb.
Xatırladaq ki, verilişin ötən gün yayımlanan buraxılışında Xalq artistləri Niyaməddin Musayev və Məleykə Əsədova qonaq olublar. Proqramın 1 saat 11 dəqiqədən sonra yayımı dayandırılıb.
Bu, Vüsalənin "7 canlı" verilişində baş verən ikinci texniki problemdir.
Oxşar xəbərlər
Nanə Ağamalıyevanın "ATV"dən ayrılması iddialarına AÇIQLAMA
Ötən gün mətbuatda Nanə Ağamalıyevanın "ATV" kanalından ayrılması ilə bağlı məlumatlar yayılıb. BAKU.WS xəbər verir ki, sözügedən informasiyalarda aparıcının k...