Vüsalə Əlizadə: “Ölüm xəbərinə hamı üzüldü, dostum”
Yeniliklərdən dərhal xəbərdar olun
“Hər halımla: yaxşı və pis günümdə Allahıma şükr edən bəndəyəm. Kim olursan ol, son mənzilin qara torpağın ağuşudur. Amma ömrün bu çağında, belə yaşda, bu cür qismətlə, belə ölümlə sənin kimi insanı, dostu, sənətçini, həyat yoldaşını, atanı, oğulu itirmək çox çətindir. Bütün günü fikirlərimi toplaya bilməmişəm, dostum...”
BAKU.WS xəbər verir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə "Instagram" hesabında yazıb. O, ötən gün vəfat edən sənətçi dostu Aslan Hüseynovun ölümünə görə dərin kədər hissi keçirdiyini bildirib:
“Səninlə səmimi dostluğumuz, unudulmaz səfərlərimiz olub. Pozitiv, zarafatcıl, aza-çoxa önəm vermədən qane olan əziz qardaşım...
Səni unutmayacağıq. Bəziləri kimi statusun, bər-bəzəkli təxəllüslərin olmasa da, ölüm xəbərinə hamı üzüldü, yandı, “Heyif Aslandan” dedilər... Bu dünyada adam kimi adam olmaq önəmlidir... Heyif səndən dostum... Allah rəhmət etsin!”
Oxşar xəbərlər
Mələk Heydərova: "Onları efirdə xoruz kimi döyüşdürürlər" (VİDEO)
BAKU.WS-in budəfəki müsahibi aparıcı Mələk Heydərovadır.- Özünüzü necə təqdim edərdiniz?- Təzə-təzə tanınmağa başlayanlar deyə bilər ki, aparıcı, aktrisa. Mənə...