Vəfa Zeynalova: "Düz iş görmədim, sənətimə xəyanət etdim" - VİDEO

Vəfa Zeynalova: Düz iş görmədim, sənətimə xəyanət etdim - VİDEO
Video
Şou-biznes 265

Əməkdar artist Vəfa Zeynalova efirlərə az çıxmasının səbəbini açıqlayıb.

BAKU.WS xəbər verir ki, “Səhər mərkəzi” verilişinə dəvət edilən aktrisa yeni layihəsi olmadığı üçün proqramlara getmədiyini deyib:

"Efirə getməyi sevməməyimdən deyil. Tamaşaçı qarşısına işlə çıxmağı xoşlayıram. Son vaxtlar işsizlikdir. Deyirəm, nədən danışım? Nə edəcəm, yeni işim yoxdur, təqdim edə bilmirəm. Eyni zamanda seçiciyəm. Özümü görmədiyim yerdə olmaq istəmirəm".

Zeynalova hazırda rejissordan təklif gözlədiyini də gizlətməyib:

"iRejossordan yeni təklif gözləyirik. Mənə uyğun rol olarsa, vicdanla oradayam. Tamaşaçını aldatmaq olmaz. O qədər düzgün çatdırmalıyam ki. Özüm ifa etdiyim roldan razı qalmayanda həmin gecə yata bilmirəm. Düşünürəm ki, düz iş görmədim, sənətimə xəyanət etdim. Ssenari, ətrafdakı qrup və tərəf müqabili qane etsə, peşəkar iş gözləyirəm. Ürəyim istəyən işin içində olmadığıma görə düzgün kollektivdə işləmək istəyirəm".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər