Vasif Məhərrəmlinin halı telekanalda pisləşdi - VİDEO

Vasif Məhərrəmlinin halı telekanalda pisləşdi - VİDEO
Video
Şou-biznes 2772

 

Vasif  Məhərrəmlinin vəziyyəti bal yediyi üçün pisləşib

Xeyli vaxtdır ki, Azərbaycanın hüdudlarından kənarda istirahət edən müğənni Vasif Məhərrəmli vətənə dönər-dönməz halı pisləşib.

BAKU.WS xəbər verir ki, ifaçı  5/5” verilişində iştirak etmək üçün "Xəzər” telekanalına gəlib. Lakin gözlənilmədən onun vəziyyəti elə telekanalın həyətində gərginləşib. 

5/5” verilişinin aparıcı Zaur Kamal isə müğənninin təzyiqinin 220-yə qədər yüksəldiyini deyib: "Təcili yardım çağırmışıq. Hazırda studiyanın həyətindədir, maşından çıxa bilmir. Ürəyi bulanır. Canlı yayımdan əvvəl dedi ki, danışa bilmirəm, dilim tutulub”.

Daha sonra ifaçının özünü yaxşı hiss etdiyini, təzyiqinin qalxmasına yediyi balın səbəb olduğunu deyiblər 

BAKU.WS

 

Son xəbərlər