Vasif Məhərrəmli: "Anam niyyət edib ki, sağ-salamat qayıtsam, 7 qarış torpaq..." - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Əməkdar artist Vasif Məhərrəmli "7 canlı" proqamına qonaq olub.
BAKU.WS xəbər verir ki, efir zamanı ifaçı əsgərlikdə bir çox səhvlər etdiyini bildirib. Məhərrəmli bu səbəbdən də hərbi xidmətdən evə gec buraxılıb. Əməkdar artist anasının o sağ-salamat qayıtsın deyə etdiyi niyyətdən də danışıb:
"Mən bir az şuluq və dələduz uşaq olmuşam. Əsgərlikdə olarkən cəzalarım da çox olub. Ən son mən və çeçen dostum Ruslan Beşayev buraxıldıq. Orada etdiklərimizə görə bizi gec buraxdılar. And olsun Allaha, artıq anamgil narahat idilər. Hərbi xidmətdən buraxıldıqdan sonra 10 gün də şəhərdə qaldım.
Mənim əsgərlikdən evə gəlməyim 2 aydan çox çəkdi. Bundan sonra anam qorxdu. Şübhələnib hərbi komissarlığa gedib. Niyyət edib ki, sağ-salamat qayıtsam, 7 qarış torpaq yalayacaq. Mən evə gedəndə xəbər etməmişdim".
Ətraflı videoda:
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölk...