Valideynləri onu müğənni olmağa qoymadı, mahnı oxuduğu üçün evdə dava düşdü - VİDEO

Valideynləri onu müğənni olmağa qoymadı, mahnı oxuduğu üçün evdə dava düşdü - VİDEO
Video
Şou-biznes 223

"Valideynlərim məni səhnəyə qoymurdular. Müğənni olmağımı qəti sürətdə istəmirdilər. Deyirdim ki, mən oxumaq istəyirəm, rejissor olmaq istəmirəm. Televizorda mahnı oxumuşdum. Ondan sonra evdə böyük qırğın düşdü".

BAKU.WS xəbər verir ki, bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva müsahibələrindən birində deyib. İfaçı ailəsinin ona qarşı çıxmağına baxmayaraq bu sənətə gəldiyini bildirib:

"Bir məsəl var: Niyətin hara, mənzilin ora... Mən onlara söz verdim ki, siz mənimlə fəxr edəcəksiniz. Başınızı aşağı əyməyəcəm. Bu gözəl sənəti gözəl təbliğ edəcəm. Bax belə-belə gəldim çıxdım bu sənətə... Ümumiyyətlə, ailəmdə çox göstərmirəm ki, mən Zülfiyyə Xanbabayevayam, mən müğənniyəm... Evimdə nə istəyirəmsə, onu edirəm. Mən orada azadam. Deyim ki, evimdə oturub planlar qururam. Xeyr, mən bu günümü yaşayan adamlardanam".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər