"Uzaq Şehir"in finalı hamını göz yaşlarına boğdu - 3 aktyor layihəni tərk etdi

Uzaq Şehirin finalı hamını göz yaşlarına boğdu - 3 aktyor layihəni tərk etdi
Video
Şou-biznes 622

Türkiyənin reytinqli layihələrindən olan "Uzaq Şehir"in mövsüm finalı izləyənləri göz yaşlarına boğub.

BAKU.WS xəbər verir ki, ekran işində Şahin Albora obrazına həyat verən Alper Çankaya, Boran Albora rolunu canlandıran Burç Kümbetlioğlu və Demir obrazına həyat verən Ferit Kaya senariyə əsasən öldürülüb.

Mövsüm finalında Cihan və Alyanın toyu xoşbəxtlik içində başlasa da, qısa müddət sonra hər şey döyüş meydanına çevrilib.

Boran Albora qardaşı Cihan Alboranı vurmaq üçün silaha əl atıb. Lakin atəş açıldığı anda araya girən Şahin Albora güllələrin hədəfi olub. Oğlunun yeni bir faciəyə səbəb olmasını istəməyən Sadakat, Boranı vuraraq öldürüb.

Demir obrazı isə sevdiyi Zerrin tərəfindən öldürülüb.

Serialda Alya da oğlu ilə birlikdə Kanadaya gedən təyyarəyə minərək ölkəni tərk etdi.

Tamaşaçılar serialın mövsüm finalına "Əllərin qırılsın, ssenarist!" kimi şərhlər yazıblar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi

32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi

Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...

346 Dünya 14:37 28 oktyabr 2026

Son xəbərlər