Üz dərisini əla təmizləyən UCUZ VASİTƏ

Üz dərisini əla təmizləyən UCUZ VASİTƏ
Şou-biznes 10081
Təmiz və gözəl dəri hər qadının arzusudur. Bəzən çox ucuz və əlçatan vasitələrdən istifadə etməklə dərinin vəziyyətini xeyli yaxşılaşdırmaq mümkündür.BAKU.WS saglamolun.az-a istinadən bildirir ki, belə vasitələrdən biri "perekis"dir.Hidrogen peroksidi (el arasında - "perekis") kosmetologiyada geniş istifadə olunur. Antiseptik təsirə malik olan perekis həqiqətən dərini yaxşı təmizləyir və ağardır, qızartını, civzə və sızanaqları yox edir.Lakin bu vasitədən ehtiyatla istifadə etmək lazımdır. Düzgün istifadə etmədikdə və ya çox tez-tez istifadə etdikdə perekis dərini qurudur, qabıqverməyə gətirib çıxardır. Bu səbəbdən dərinyə ziyan vurmamaq üçün perekisdən istifadə etdikdə bu qaydalara əməl edin:- yalnız 3%-lik perekisdən istifadə edin.- istifadə etdikdən əvvəl test edin - perekisi dərinin görünməyən hissəsinə (məsələn, qulağın arxasına) çəkin və bir qədər gözləyin. Dəri qızararsa, səpərsə, istifadə etməyin.- perekis bütün üz dərisinə deyil, yalnız səpgilərn üzərinə çəkilir. Perekisi pambıq diskə pohdurub sızanaqlar və civzələrin üzərinə çəkin. - perekisi hər gün və uzun müddət ərzində istifadə etməyin.- dəriniz quru və həssas, allergiyaya meyillidirsə, perekisdən istifadə etməyin.- perekis selikli qişlara və gözlərə düşməməlidir.Perekis həmçinin müxtəlif ağardıcı və təmizləyici maskaların tərkibində də istifadə olunur. Məsələn, gil + perekis, kəsmik + perekis və s.BAKU.WS

Oxşar xəbərlər

Qışda saçlar niyə elektriklənir?

Qışda saçlar niyə elektriklənir?

Saçların elektriklənməsi ilə bir çox xanımlar üzləşir. Xüsusilə bu soyuq fəsillərdə tez-tez baş verir. Bunun səbəbi istilənmə sistemlərinin təsirindən saçların...

1654 Şou-biznes 17:34 25 noyabr 2016

Son xəbərlər